Türkiyəli müğənnidən keçmiş həyat yoldaşına atmaca - "Atdan düşüb eşşəyə minən..."

Türkiyəli müğənnidən keçmiş həyat yoldaşına atmaca - Atdan düşüb eşşəyə minən...
Foto
Dünya 87

Türkiyəli müğənni Ufuk Beydemirin keçmiş həyat yoldaşı, aktrisa İpek Filiz Yazıcının yeni münasibəti ilə bağlı yazdığı şərh sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, 2021-ci ildə münasibətə başlayan Ufuk Beydemir və İpek Filiz Yazıcı 2022-ci ilin oktyabrında ailə həyatı qurmuş, 2025-ci ildə isə səssiz şəkildə boşanmışdılar.

Boşanmadan sonra şəxsi həyatları barədə açıqlama verməyən cütlükdən İpek Filiz Yazıcının bir müddətdir fitnes məşqçisi və sağlam həyat tərzi üzrə kontent yaradıcısı İhsan Taha Torğutla münasibətdə olduğu məlum olub. Cütlük uzun müddət münasibətlərini gizli saxlasa da, Torğutun sosial şəbəkədə birlikdə çəkilmiş fotolarını paylaşması ilə bunu ictimaiyyətə açıqlayıb.

Bundan sonra sosial şəbəkələrdə yayılan bir paylaşımın altına şərh yazan Ufuk Beydemir diqqət çəkən ifadələr işlədib.

"Atdan düşüb eşşəyə minən keçmiş sevgili üçün də bir video gələcəkmi, kral?" - deyə o, paylaşımın rəy bölməsində yazıb.

Beydemirin bu şərhi istifadəçilər tərəfindən keçmiş həyat yoldaşının yeni sevgilisinə ünvanlanmış istehzalı atmaca kimi qiymətləndirilib. Rəy qısa zamanda sosial şəbəkələrdə gündəmə çevrilib. Bəzi istifadəçilər ifadəni sərt və yersiz hesab etsələr də, digərləri bunu zarafat kimi dəyərləndiriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər