Türkiyəli müğənni 79 yaşında vəfat etdi
Türk Xalq musiqisinin sevilən ifaçılarından olan müğənni Mehmet Erenler vəfat edib.
BAKU.WS xəbər verir ki, o, 79 yaşında dünyasını dəyişib. Sənətçinin hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.
Məlumat üçün bildirək ki, Mehmet Erenler 1946-cı ildə doğulub. O musiqiyə ilk dəfə 8 yaşında başlayıb.
Uzun illər "TRT Ankara" və "İstanbul" radiolarında çalışıb. Mehmet Erenlerin 20-dən çox albomu var.
"Karpuz Kestim Yiyen Yok", "Değmen Benim Gamlı Yaslı Gönlüme" və "Bir Çift Turna Gördüm" kimi məşhur Xalq mahnılarının ifaçısı olub.
Onun musiqiləri özündən sonra türk xalqına miras qalıb.
Qalereya
Oxşar xəbərlər
Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb
Nepalda daşqın nəticəsində ölənlərin sayı 629 nəfərə çatıb, 2 426 nəfər isə itkin düşmüş hesab olunur. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu məlumatlar...