Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan gəmi hücuma məruz qalıb

Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan gəmi hücuma məruz qalıb
Video
Dünya 37

Türkiyənin Rusiyaya meyvə-tərəvəz daşıyan "Ro-ro" gəmisi dron hücumuna məruz qalıb, 4 heyət üzvü yaralanıb.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, Qara dənizdə gəmiyə hücum yanğına səbəb olub.

"Hücumda üçü türk olmaqla, dörd heyət üzvü yaralanıb", - məlumatda bildirilib və əlavə edilib ki, gəmi Samsundan Rusiyanın Novorossiysk şəhərinə istiqamətlənirdi.

Gəminin kapitanı Yalçın Şahin hücumun Ukrayna tərəfindən edildiyini irəli sürərək, 6-7 drondan istifadə olunduğunu açıqlayıb.

Hücumdan sonra baş verən yanğına gəmidəki heyət müdaxilə edərkən, bölgədə olan dronlar Rusiya Donanmasının yardım üçün gəmiyə yaxınlaşmasını çətinləşdirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər