Türkiyədə torpağın altında 22 ton qiymətli trüfel göbələyi aşkarlanıb

Türkiyədə torpağın altında 22 ton qiymətli trüfel göbələyi aşkarlanıb
Dünya 55

Türkiyənin Ərzurum və Ərzincan vilayətlərində aparılan araşdırmalar zamanı torpağın altında təxminən 22 ton trüfel göbələyi ehtiyatı müəyyən edilib.

BAKU.WS xəbər verir ki, Ərzurum Meşə Regional İdarəsinin xüsusi təlim keçmiş itlərin iştirakı ilə həyata keçirdiyi inventarlaşdırma işləri nəticəsində ümumilikdə 112 min hektar ərazi tədqiq olunub.

Məlumata görə, "qara almaz" kimi tanınan və torpağın 5-20 santimetr dərinliyində yetişən trüf göbələyinin bazar qiyməti növü və keyfiyyətindən asılı olaraq 100-750 avro arasında dəyişir.

Araşdırma zamanı Ərzurumun Horasan, İspir və Aşkale rayonlarında 3,5 ton, Ərzincanın Çayırlı, Kemah, Tercan və Üzümlü rayonlarında 6 ton, Refahiyə Meşə Müəssisəsinin ərazisində isə 12,5 ton trüfel göbələyi ehtiyatı qeydə alınıb.

Bundan əlavə, bölgədə süni trüfel meşələrinin salınmasına da başlanılıb. Bu məqsədlə Ərzurum və Ərzincanda ümumilikdə 2 150 trüfel peyvəndi vurulmuş palıd tingi əkilib.

Rəsmi məlumatda qeyd olunub ki, 2024-cü ildən etibarən trüfel göbələyinin satışından ölkə iqtisadiyyatına təxminən 30 milyon lirə gəlir gətirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər