Türkiyədə tanınmış şəxs ailəsi ilə birlikdə oteldə yanaraq həlak oldu
Türkiyənin Kartalkaya istirahət mərkəzindən yanaraq həyatını itirənlərdən biri də "Orduspor" klubunun keçmiş rəhbəri Nedim Türkmendir.
BAKU.WS xəbər verir ki, o ailəsi ilə birlikdə yanan oteldə istirahət edirmiş. Anidən başlayan yanğın nəticəsində Nedim, həyat yoldaşı Ayşe Neva, 18 yaşındakı qızı Ala Dora və 22 yaşındakı oğlu Yüce Ata yanaraq həlak olublar.
Xatırladaq ki, Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında ölənlərin sayı artıb. Hadisə nəticəsində 76 nəfər həyatını itirib.
Yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.
Oxşar xəbərlər
Avropa İttifaqının dövlət borcu və büdcə kəsiri artacaq
Avropa İttifaqının borc və büdcə kəsiri göstəriciləri növbəti illərdə tədricən artacaq, bu, xüsusilə bəzi üzv dövlətlərə aiddir. BAKU.WS "Report"a istinadən xəb...