Türkiyədə tanınmış aktyorun evinə silahlı basqın olub
Türkiyənin məşhur sənətçisi Özcan Deniz bu dəfə sənət uğurları ilə deyil, ailədaxili qalmaqalla gündəmə gəlib.
BAKU.WS Haber Global"a istinadən xəbər verir ki, ifaçının qardaşı Ercan Deniz maliyyə məsələləri ilə bağlı yaranmış mübahisə səbəbindən onun Zekeriyaköydə yerləşən evinə silahla daxil olub. O, qardaşına "Məndən aldıqlarını geri qaytarmasan, həm səni, həm də özümü öldürəcəyəm" sözləri ilə hədə-qorxu gəlib.
Hadisənin kökündə illər öncə baş verən borc problemi dayanır. Belə ki, Özcan qardaşı Ercanın götürdüyü kreditlərə zamin olub. Lakin borc ödənmədiyindən sənətçi ciddi maliyyə itkiləri ilə üzləşib və hesablarına həbs qoyulub.
Mübahisənin böyüməsi ailə üzvlərini də narahat edib. Anaları Kadriye Deniz bildirib ki, artıq tərəflər arasında razılıq əldə olunub. Gərginliyi aradan qaldırmaq üçün Özcan iki villanı qardaşının adına keçirib.
Oxşar xəbərlər
Bağdad İraq Kürdüstanının Baş nazirinin ofisinə hücumla bağlı İrandan izahat tələb edib
İraqın xarici işlər naziri Fuad Hüseyn İranın İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat verməsini istəyib. BAKU....