Türkiyədə sosial mediaya 15 yaş məhdudiyyəti tətbiq oluna bilər
Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar nəzərdə tutan qanun layihəsi komissiya mərhələsindən keçib və yaxın günlərdə qəbul ediləcəyi gözlənilir.
BAKU.WS xəbər verir ki, "Sosial xidmətlər haqqında qanuna və bəzi qanunlara dəyişiklik edilməsi barədə" sənəd Türkiyə Böyük Millət Məclisinin müvafiq komitəsində təsdiqlənib.
Layihəyə əsasən, 15 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək. Platformalar bu qaydanın tətbiqi üçün yaşın təsdiqi mexanizmləri qurmalı olacaq. 15 yaşdan yuxarı, lakin yetkinlik yaşına çatmayan istifadəçilər üçün isə xüsusi, məhdudlaşdırılmış xidmətlər təqdim olunacaq.
Yeni qaydalar valideyn nəzarətini də məcburi edir. Sosial şəbəkələr istifadə müddətinin izlənməsi, ödənişli xidmətlərin təsdiqi və hesab parametrlərinin idarəsi kimi funksiyaları valideynlərin nəzarətinə verməlidir.
Sənəddə qaydalara əməl etməyən platformalara qarşı ciddi sanksiyalar nəzərdə tutulur. Türkiyədə gündəlik istifadəçi sayı 10 milyondan çox olan sosial şəbəkələr qanunsuz məzmunu 1 saat ərzində silməlidir. Əks halda, əvvəlcə cərimə, daha sonra reklam qadağası və sonda internet sürətinin mərhələli şəkildə azaldılması tətbiq edilə bilər.
Qanun layihəsi oyun platformalarını da əhatə edir. Gündəlik istifadəçi sayı 100 mindən çox olan xarici oyun platformaları Türkiyədə rəsmi nümayəndə təyin etməlidir. Yaş məhdudiyyəti göstərilməyən oyunların yayımlanmasına icazə verilməyəcək.
Oxşar xəbərlər
İran XİN: ABŞ uranı "F-15 pilotlarının xilası" adı altında oğurlamağa cəhd edib
İran Xarici İşlər Nazirliyi ABŞ-nin guya vurulmuş F-15 qırıcı təyyarəsinin pilotlarını xilas etmək adı ilə İranda uran oğurlamağa cəhd etdiyini bildirib. BAKU....