Türkiyədə Quran kursunda uşaqlara zorakılıq edilib
Ankaranın Sincan rayonunun Quran kursunda şagirdlərə qarşı zorakılıq edilib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yataqxanada dini təhsil alan 20 uşaq təlimçilər tərəfindən dəfələrlə döyülüb və hadisə yataqxana rəhbərliyi tərəfindən ört-basdır edilib.
Təhlükəsizlik kameralarına düşən görüntülərdə təlimçi vəzifəsində çalışan M.A.-nın birdən çox uşağı döyməsi kadrları əks olunub.
17 yaşlı AA, "Sübh namazı vaxtı otağımıza gəldi və bizi döyərək oyatdı. İdarəçilərə dedikdə "O sizin müəlliminizdir" cavabını aldıq"- deyə, bildirib.
A.A yataqxanaya gələn ianələrin də bu müəllimlər tərəfindən mənimsənilərək "Din yolu ilə pul qazanırdılar" deyib.
O həftənin 3-4 günü yataqxanada qalan uşaqların hamısının döyüldüyünü bildirib.
Uşaqlar qorxduğu üçün ailəsinə hadisələri deyə bilmədiyini bildirib.
2 il yataqxanada qalan 16 yaşlı B.Ə.M.A-nın heç bir insident olmadan belə zorakılıq tətbiq edildiyini söyləyib.
"Biz yeməkxanada yemək yeyərkən gəlib "düzgün yeyin" deyərək bizi döyməyə başladı".
O, yataqxanada işgəncənin normal hal olduğunu iddia edib.
Başqa bir uşaq isə "Sözcü" qəzetindən verdiyi xəbərə görə, Quran kursunda "Bizə it kimi davrandılar" deyərək, yaşadığı şiddətli hadisələri kamerada izlədiyini, lakin sonradan həmin görüntülərin silindiyini deyib.
Oxşar xəbərlər
Ukrayna PUA-sı Stavropolda neft bazasının ərazisinə düşüb
Gecə saatlarında Stavropolun Svetloqrad şəhərində yerləşən neft bazasının ərazisinə pilotsuz uçuş aparatı düşüb. BAKU.WS xəbər verir ki, bu barədə bölgənin rəhb...