Türkiyədə qadın avtobusda uşaq dünyaya gətirdi

Türkiyədə qadın avtobusda uşaq dünyaya gətirdi
Dünya 29

İstanbulun Esenyurt rayonunda 35 həftəlik hamilə olan Hanife Mete müayinə üçün xəstəxanaya gedərkən avtobusda uşaq dünyaya gətirib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, avtobusla Cənnət Məhəlləsinə çatdıqda ağrıları başlayan Mete doğum sancısının başladığını deyib və nəqliyyat vasitəsindən düşə bilməyib.

Avtobusda baş tutan doğuşdan dərhal sonra ana və körpə təcili yardımla Esenyurt Necmi Kadıoğlu Dövlət Xəstəxanasına aparılıb.

Həkimlər tərəfindən yoxlanılan ana və körpənin vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Xəbəri alan Esenyurt Bələdiyyə Başçısı Əhməd Özer və İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu xəstəxanada uşaq dünyaya gətirən ananı ziyarət ediblər. Ziyarət zamanı Özer və İmamoğlu anaya çiçək təqdim edib, ataya xoş arzularını bildiriblər.

Son xəbərlər