Türkiyədə ötən ay başlayan meşə yanğını davam edir

Türkiyədə ötən ay başlayan meşə yanğını davam edir
Foto
Dünya 29

Türkiyənin Dənizli bölgəsində 4 gündür ki meşə yanğınları davam edir.

BAKU.WS "TRT haber"ə istinadən xəbər verir ki, Buldan rayonundakı yanğınının söndürülməsi üçün 14 təyyarə cəlb olunub.

Bildirilib ki, avqustun 29-da Aydının Buharkent rayonunun Kızıldere məhəlləsində baş verən və Dənizlinin Buldan mahalının Çatak məhəlləsi, Gölbaşı və Bölmekaya məhəllələrinə yayılan meşə yanğınına müdaxilə gecə boyu davam edib.

137 su daşıyan maşın, 12 tikinti texnikası, 74 ilkin müdaxilə maşını və 871 şəxsi heyətin iştirakı ilə intensiv hava və yerüstü işlər aparılır.

Qeyd olunub ki, ölkənin Meşə Təsərrüfatı Baş direktoru Bəkir Karacabey yanğın bölgəsinə baxış keçirərək, vali Ömər Faruk Coşkun, AK Partiya Dənizli millət vəkili Şahin Tin, İl Təhlükəsizlik Müdiri Yavuz Sağdıç və Meşə Regional Müdiri Əhməd Köle ilə son vəziyyətlə bağlı məlumat mübadiləsi aparıb.

Son xəbərlər