Türkiyədə meşə yanğını tam nəzarət götürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə son günlər davam edən üç meşə yanğını tam nəzarət altına alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib.
Nazirin sözlərinə görə, hava və yerüstü qüvvələrin koordinasiyalı fəaliyyəti nəticəsində Aydın vilayətinin Çinə, Balıkəsirin Susurluk və İzmirin Buja rayonlarında baş verən meşə yanğınlarının qarşısı tam alınıb.
İbrahim Yumaklı bildirib ki, iyulun 29-dan indiyədək ölkə ərazisində ümumilikdə 314 təbii yanğın qeydə alınıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına əsasən, yanğınların söndürülməsi işlərinə 28 təyyarə, 119 helikopter, 14 pilotsuz uçuş aparatı və 5 mindən artıq yerüstü texnika cəlb edilib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...