Türkiyədə kurort yanğınında ölənlərin sayı 66 nəfərə çatıb

Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində oteldə baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
BAKU.WS xəbər verir ki, məlumatı "Haber Global" ölkənin Daxili İşlər Nazirliyinə istinadən yayıb.
***10:22
Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, xəsarət alanların sayı isə hazırda 32 nəfərdir.
Bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Bildirilib ki, bölgəyə şəhər mərkəzindən, ətraf rayonlardan və qonşu vilayətlərdən çoxlu sayda yanğınsöndürən qruplar, AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi), xilasetmə qrupları, həmçinin tibbi briqadalar və helikopterlər cəlb olunub.
Yanğının ötən gecə baş verdiyi məlum olub. Yanğın 2200 metr yüksəklikdə yerləşən oteldə başlayıb. 12 mərtəbəli binanın restoran hissəsində gecə saatlarında başlayan alov sürətlə yayılıb.
Bolu valisi Əbdüləziz Aydın qeyd edib ki, oteldəki yanğın əsasən nəzarət altına alınıb. Hadisənin səbəbləri vilayət prokurorluğu tərəfindən araşdırılır. O, həmçinin əlavə edib ki, yaralananlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir, digərlərinin vəziyyəti isə orta-ağırdır.
📌3 kişi hayatını kaybetti.
— TRT Haber Canlı (@trthabercanli) January 21, 2025
📌Yaralanan 21 kişinin durumu iyi.
📌Yangının restoranda çıktığı tespit edildi.
Bolu Valisi Abdulaziz Aydın, Kartalkaya Kayak Merkezi'ndeki otel yangınının detaylarını @trthaber'e anlattı. pic.twitter.com/0wXi9YzW01
Oxşar xəbərlər
ICAO: MH17 reysinin qəzasına görə Rusiya məsuliyyət daşıyır
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukrayna üzərində MH17 reysi qəzasına görə məsuliyyət daşıdığını elan edib....
