Türkiyədə həkim doqquzgünlük körpəni pulla alaraq evinə apardı - Əlindən yerə saldı

Türkiyədə həkim doqquzgünlük körpəni pulla alaraq evinə apardı - Əlindən yerə saldı
Dünya 102

Türkiyənin Aydın vilayətinin Kuşadası rayonunda insanlığa sığmayan hadisə yaşanıb. Övladı olmayan bir həkim yeni doğulmuş körpəni pulla alaraq evinə aparıb, lakin az sonra faciə baş verib.

BAKU.WS-in "Posta"ya istinadla verdiyi məlumata görə, E.Şəbnəm adlı qadın həkim övlad həsrəti ilə yaşadığı üçün maddi durumu ağır olan bir anadan doqquzgünlük körpəni qeyri-qanuni şəkildə satın alıb. O, körpəyə baxmaq üçün dayə də tutub.

Lakin ev şəraitində körpənin qayğısına qala bilməyən, özü də ayağında axsaqlıq problemi olan qadın uşağı ehtiyatsızlıq nəticəsində yerə salıb. Körpə ciddi xəsarət alıb.

Hadisəni gizlətmək məqsədilə həkim onu başqa bir körpənin şəxsiyyət məlumatları ilə xəstəxanaya aparmağa cəhd edib. Lakin xəstəxana əməkdaşları vəziyyətdən şübhələnərək araşdırma aparıblar və nəticədə həqiqət üzə çıxıb. Körpənin ağır vəziyyətdə olduğu və reanimasiyada müalicə olunduğu bildirilib.

Hazırda E.Şəbnəm barəsində "insan alveri" və "ehtiyatsızlıqdan zərər vurma" maddələri üzrə cinayət işi açılıb. O, işlədiyi vəzifədən də uzaqlaşdırılıb.

İstintaq davam edir.

Son xəbərlər