Türkiyədə güclü zəlzələ olacaq - Seysmoloqdan PROQNOZ
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli seysmoloq Ahmet Ercan bildirib ki, dünən İstanbulda baş verən zəlzələ, yaxın zamanda 7–7,2 bal gücündə daha böyük yeraltı təkanların xəbərçisi ola bilər.
BAKU.WS xəbər verir ki, bu barədə türkiyəli seysmoloq RIA Novosti-yə verdiyi müsahibədə bildirib.
"Çərşənbə günü baş verən zəlzələ, Trakiya bölgəsində gözlənilən 7–7,2 bal gücündə zəlzələyə bir xəbərdarlıq və ya bir növ hazırlıq məşqidir",-deyə Ahmet Ercan əlavə edib.
Ekspertin sözlərinə görə, gələcəkdə baş verəcək zəlzələnin episentri eyni ərazidə, 7–13 km dərinlikdə olacaq və təkanların gücü indiki zəlzələdən 22 dəfə artıq hiss olunacaq: "Bu güclü zəlzələ 2045–2075-ci illər arasında baş verə bilər".
Qeyd edək ki, dünən İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib.
Oxşar xəbərlər
Yaponiyalı qadın 4 ildir evində ruhla yaşadığını deyir: Kirayə haqqı da ucuzdur
Yaponiyanın paytaxtı Tokioda yaşayan gənc qadın qeyri-adi açıqlaması ilə diqqət çəkib. O, kirayə qaldığı mənzildə ruhun yaşadığını iddia edir və buna baxmayaraq...