Türkiyədə Azərbaycan nömrə nişanlı avtomobil aşıb - Ölən və yaralananlar var

Türkiyədə Azərbaycan nömrə nişanlı avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Iğdırda baş verib.
Belə ki, qəza yerli vaxtla səhər saat 06:30 radələrində Qaraqoyunlu rayonu, Taşburun qəsəbəsi yaxınlığında baş verib. Dilucu Sərhəd Qapısına gedən Azərbaycan dövlət nömrə nişanlı avtomobil sürücünün sükanın idarəetməsini itirməsi nəticəsində aşıb.
Hadisə yerinə jandarma, xilasetmə və sağlamlıq qrupları sövq edilib. Araşdırma zamanı bir Azərbaycan vətəndaşının həyatını itirdiyini müəyyən edilib. Biri ağır yaralanan 4 nəfər ilkin tibbi yardımdan sonra Iğdır Dövlət Xəstəxanasına aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Yeni koronavirus pandemiyası ilə XƏBƏRDARLIQ - Yenə də yarasalar...
Amerikalı alimlər insan üçün potensial təhlükə yaradan yeni koronavirus aşkarlayıblar. Bu barədə təhqiqatın nəticələri "Nature Communications" elmi jurnalında d...
