Türkiyədə avtobus qəzaya düşdü - Sürücü 24 sərnişinin həyatını xilas etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Sivas şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, İmranlı bölgəsində 65 yaşlı Cafer Kılıçın idarə etdiyi sərnişin avtobus dərəyə yuvarlanıb.
Qəza zamanı 24 sərnişin yaralanıb.
İmranlı Bölgə Xəstəxanasına yerləşdirilən sərniışinlərin həyati təhlükəsi olmadığı bildirilib.
İlkin məlumatlara görə, Cafer qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşmaması üçün avtobusu dərəyə sürməli olub.
Sürücü Cafer Kılıç isə yaşanan qəzanı belə xatırlayıb;
"Qarşıdan maşın gəlirdi. Bizi vurmaması üçün maşını məcburən dərəyə sürməli oldum. Avtobusdakı sərnişinlərə yanbayan durmalarını söylədim. Hamının həyatını xilas etdim. Əgər mən bu qədər soyuqqanlı davranmasaydım, hamımız ölə bilərdik".
Sərnişin Veysel Memiş onların həyatını sürücünün xilas etdiyini deyib:
"Mən 16-cı oturacaqda idim. Sürücümüz bizim həyatımızı xilas etdi. Qarşıdan gələn maşın birbaşa avtobusun üstünə gəlirdi. Sürücü maşını sağa çevirdi. Çox şükür ki, xilas etdi".
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...