Türkiyədə 8 fenomenin sosial media hesabına giriş qadağan edildi

Türkiyədə 8 fenomenin sosial media hesabına giriş qadağan edildi
Dünya 166

Türkiyədə həbsdə olan 8 fenomenin sosial media hesablarına giriş qadağan edilib.

BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, bu İstanbul Cumhuriyyət Başprokurorluğu tərəfindən aparılan istintaqda məşhurlar və sosial media fenomenlərinin də daxil olduğu şübhəlilərlə bağlı həyata keçirilən əməliyyatlar zamanı edilib.

Giriş qadağası qoyulan şəxslər arasında Esma Sözen, Soner Kabakçı, Emirhan Karuç, Sefa Caner Sarıçam, Emircan Çelik, Ramazan Karkin, Muzaffer Zorbey Erkoçkar və Yağmur Şifa Yaprak kimi fenomenlər var.

İstintaq çərçivəsində həbs edilən digər fenomenlərin sosial media hesablarına giriş qadağası qoyulması ilə bağlı müraciətlər hələ də məhkəmə tərəfindən qiymətləndirilir.

Qeyd edək ki, İstanbul Cumhuriyyət Başprokurorluğu, qanunsuz mərc oyunlarına təşviq iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində sosial media fenomenləri və məşhur şəxslərin də aralarında olduğu 23 şübhəli haqqında saxlanılma əmri verib.

Son xəbərlər