Türkiyədə 15 iyul çevriliş cəhdinin qarşısının alınmasının 9-cu ildönümüdür

Türkiyədə 15 iyul çevriliş cəhdinin qarşısının alınmasının 9-cu ildönümüdür
Dünya 47

Türkiyədə 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatı tərəfindən həyata keçirilən hərbi çevriliş cəhdinin qarşısının alınmasının doqquzuncu ildönümüdür.

BAKU.WS xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi 15 iyul tarixini "Demokratiya və Milli Birlik Günü" kimi təsis edib. bu gün münasibətilə hər il Türkiyənin bütün bölgələrində anım tədbirləri keçirilir. 

Bu gün də ölkə daxilində müxtəlif tədbirlər, anım mərasimləri təşkil olunacaq. Bu barədə Türkiyə prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyənin İstanbul və Ankara şəhərlərində hərbi çevriliş cəhdi baş verib. 

Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək olub.

Bu hərbi çevrilişə cəhd 1962, 1963, 1969 və 1971-ci illərdən dən sonra uğursuz olan 5-ci müdaxilə kimi Türkiyə tarixinə keçib.

Bu çevrilişlər zamanı qonşu ölkədə  265 nəfər ölüb, 283 nəfər yaralanıb.

Son xəbərlər