Türkiyə XİN başçısı və güc strukturlarının rəhbərləri İordaniyaya səfər edəcəklər
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Hakan Fidan, habelə güc strukturlarının başçıları – müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın martın 9-da İordaniyaya səfər edəcəklər.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsi bəyanat yayıb.
"Türkiyənin xarici işlər naziri, milli müdafiə naziri Yaşar Güler və MİT sədri İbrahim Kalın ilə birlikdə 9 mart 2025-ci il tarixində İordaniya, İraq, Livan və Suriyanın iştirakı ilə Ammanda keçiriləcək toplantıda iştirak edəcəklər", – XİN-in mətbuat xidməti diqqətə çatdırıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...