Türkiyə qrupu qəzaya uğrayan təyyarənin qalıqlarını təhqiq etməyə başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədən gələn axtarış-xilasetmə və qəza təhqiqat qrupu Gürcüstan ərazisində qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqlarını ölkə hakimiyyəti ilə razılaşdıraraq təhqiqatına başlayıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.
Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin bütün üzvləri həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib.
Bundan başqa Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...