Türkiyə-İran sərhədində gündəlik sərnişin daşımaları qarşılıqlı olaraq dayandırıldı
Türkiyə ilə İran arasında gündəlik sərnişin daşımalar qarşılıqlı olaraq dayandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat məlumat yayıb.
"Hər üç gömrük qapısında gündəlik sərnişin keçidləri qarşılıqlı olaraq dayandırılıb. İran vətəndaşlarının Türkiyə üzərindən ölkəsinə daxil olmasına icazə verir. Türkiyə olaraq biz də vətəndaşlarımızın və üçüncü ölkə vətəndaşlarının İrandan ölkəmizə daxil olmasına icazə veririk. Bu kontekstdə, Türkiyə-İran sərhədində yerləşən Ağrı-Gürbulak, Van-Kapıköy və Hakkari-Esendere gömrük postlarında heç bir fövqəladə vəziyyət yoxdur. Hər üç gömrük qapısı ilə İran tərəfi arasında kommersiya yüklərinin keçidi nəzarətli şəkildə davam edir" - deyə nazir qeyd edib.
Nazir onu da əlavə edib ki, Ticarət Nazirliyinin müvafiq gömrük bölmələri ilə aparılan qiymətləndirmələrdə, lazım gələrsə, gömrük qapılarında görülə biləcək əlavə tədbirlər və fəaliyyət planları yenilənir.
Oxşar xəbərlər
İran və ABŞ arasında yeni mərhələ başlayıb - Bölgədə balans dəyişir?
Yaxın Şərqdə aylarla davam edən gərginlikdən sonra İran və ABŞ arasında yeni mərhələ başlayıb. Tərəflər arasında əldə olunan ilkin razılaşma yalnız hərbi qarşıd...