Türkiyə iqtisadiyyatının artımı 2020-ci ildən bəri minimuma düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə iqtisadiyyatının ümumi daxili məhsulu (ÜDM) ilin ikinci rübündə illik ifadədə 2,3 faiz artıb. Bu, 2020-ci ildən bəri ən aşağı göstəricidir.
BAKU.WS xəbər verir ki, ölkənin statistika qurumunun məlumatına görə, iqtisadi artımın zəifləməsində əsas amillərdən biri iyun ayında sənaye istehsalının 1,4 faiz azalması olub.
Bununla yanaşı, ev təsərrüfatlarının xərcləri 3,5 faiz artıb. İyulda illik inflyasiya 31,8 faizə enib. Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 37 faiz səviyyəsində saxlayır.
İqtisadi artımın zəifləməsi xarici ticarətə də təsir edib. İyulda ixrac 2,9 faiz, idxal isə 5,1 faiz artaraq müvafiq olaraq 25,6 milyard və 32,9 milyard dollar təşkil edib.
Türkiyənin mühüm valyuta gəliri mənbələrindən biri olan turizm sektorunda da geriləmə qeydə alınıb. İkinci rübdə turizm gəlirləri illik müqayisədə 2,6 faiz azalaraq 15,9 milyard dollara düşüb.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı ilin sonu üçün inflyasiya proqnozunu 28 faizə yüksəldib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...