Türkiyə Dəməşqdə törədilən partlayışları pisləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriyanın paytaxtı Dəməşqdə iyulun 7-də törədilən bombalı hücumları qətiyyətlə pisləyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
"Ankara Suriya xalqı ilə həmrəyliyini davam etdirəcək, ölkədə davamlı sabitlik və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərə dəstəyini sürdürəcək", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, bu gün Dəməşqdə, Suriyada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronun qaldığı "Four Seasons" hotelinin yaxınlığında iki partlayış baş verib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...