Türk blogerin videosuna görə Ermənistanda cinayət işi açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli bloger Ogün Özdəmirin İrəvanda çəkdiyi video Ermənistanda hüquqi araşdırmaya səbəb olub.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanın açıqlamasına görə, blogerin yayımladığı görüntülərlə bağlı cinayət işi açılıb.
Bir neçə gün əvvəl Ogün Özdəmir İrəvanda, Respublika meydanında canlı yayıma qoşularaq Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmişdi. O, eyni zamanda, Azərbaycan torpağında olduğunu bəyan etmişdi.
Hadisədən sonra Özdəmir Türkiyə telekanallarından birinə müsahibə verib və baş verənlərlə bağlı fikirlərini bölüşüb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...