Tunis sahillərində miqrant qayıqları qəzaya uğradı: 27 nəfər həlak oldu
02
yan
2025
19:53
Saxaraaltı Afrikadan olan miqrantları daşıyan iki qayığın Tunis sahillərində qəzaya uğraması faciə ilə nəticələnib.
BAKU.WS "Mosaique FM" radiosunun verdiyi məlumata istinadən xəbər verir ki, baş verən hadisə zamanı azı 27 nəfər həyatını itirib, 83 nəfər isə xilas edilib.
Hadisənin Sfaks şəhəri yaxınlığında baş verdiyi bildirilir. Ölənlər arasında qadın və uşaqlar da var. İlkin məlumatlara əsasən, qayıqlarda ümumilikdə təxminən 110 nəfər olub.
Faciə Aralıq dənizində miqrantların təhlükəli səyahətlərinin yaratdığı insan faciələrini bir daha gündəmə gətirib.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Türkiyənin Balıkəsir vilayətinin Sındırğı rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilmə...