Trampın İranla bağlı açıqlamaları neft qiymətlərini kəskin aşağı saldı

Trampın İranla bağlı açıqlamaları neft qiymətlərini kəskin aşağı saldı
Dünya 45

Fevralın 2-si, bazar ertəsi günü Tehranın və Vaşinqtonun nümayəndələrinin danışıqlara hazır olduqlarına dair açıqlamaları fonunda neft qiymətlərinin enişi sürətlənib.

BAKU.WS bu barədə neft bazarındakı məlumatlara istinadən məlumat verir.

Ötən iş həftəsinin sonunda ABŞ-ın İrana mümkün zərbələrinin nəticələri ilə bağlı narahatlıqlar səbəbindən "Brent" markalı neftin bir barelinin qiyməti 71 dollara qədər yüksəlmişdi. Lakin hazırda bu göstərici təxminən 65,5 dollara enib ki, bu da təxminən 5 faiz azalma deməkdir.

"Tehran ABŞ ilə mübahisəli məsələlər üzrə danışıqlara ciddi yanaşır",-deyə ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirib. Amerika KİV-ləri də Tramp administrasiyasının İranla razılaşmaya hazır olduğunu qeyd ediblər.

Bildirilib ki, xammal bazarlarında müşahid olunan ümumi enişə, o cümlədən neftin ucuzlaşmasına dolların möhkəmlənməsi də təsir göstərir.

Son xəbərlər