Trampa hədiyyə edilən "uçan saray"ın dəyəri AÇIQLANDI

Qətərin hakim Əl Tani ailəsi ABŞ prezidenti Donald Trampa "Boeing 747-8" tipli təyyarə hədiyyə edib.
Bu barədə "Semafor" məlumat yayıb.
Həmçinin "uçan saray" adlandırılan bu təyyarənin dəyəri 400 milyon dollara qədər qiymətləndirilir.
Bu məbləğ son 25 ildə ABŞ prezidentlərinin aldığı bütün hədiyyələrin ümumi dəyərindən 100 dəfə çoxdur. Məsələn, bu təyyarə sabiq Ağ Ev rəhbəri Co Baydenin indiyədək aldığı ən bahalı hədiyyədən 1600 dəfə baha başa gəlir.
Qətər kral ailəsinin Tramp administrasiyasına "uçan saray" hədiyyə etmək istədiyi barədə ilk məlumat 11 may tarixində yayılıb. Bildirilir ki, Donald Tramp hələ fevral ayında sözügedən "Boeing 747-8" təyyarəsini Florida ştatındakı Vest Palm Biç hava limanında yaxından incələmişdi.
Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman bin Cassim Əl Tani qeyd edib ki, təyyarənin ABŞ prezidentinə verilməsi şəxsi hədiyyə yox, hökmətlərarası razılaşmanın tərkib hissəsidir.
Qalereya
Oxşar xəbərlər
Ağ Ev: Putin və Tramp arasında telefon danışığı başlayıb
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı başlayıb. Bu barədə "Reuters" agentliyi Ağ Evdəki vəzifəli şəxsə istina...
