Tramp məşhur telekanaları sərt TƏNQİD ETDİ

Ağ Ev rəhbəri Donald Tramp NBC və MSNBC telekanallarına sahib olan Comcast telekommunikasiya korporasiyasının baş icraçı direktoru Brayan Robertsi ABŞ televiziya nüfuzunu sarsıtmaqda ittiham edib.
Bu barədə Tramp "Truth" sosial sosial şəbəkəsində yazıb.
"Comcast – NBC və MSNBC telekanallarının sahibi və onun sədri Brayan Roberts televiziya reputasiyasını rüsvay edir", – deyə Tramp bildirib.
O, qeyd edib ki, həmin telekanalların reytinqləri CNN-dən də çox aşağı səviyyədədir.
Trampın narazılığına səbəb olan məsələlərdən biri də Ukrayna prezidenti Volodimir Zelenskinin CBS telekanalında yayımlanan "60 dəqiqə" proqramında iştirak etməsi olub. Veriliş zamanı Zelenski bildirib ki, Amerika Ukraynanın tərəfində olmalı və Rusiya ilə danışıqları dəstəkləməməlidir.
Cavab olaraq Tramp bu telekanalın lisenziyasının ləğv edilməsini tələb edib.

Oxşar xəbərlər
Ukraynada savaşın görünməyən qəhrəmanı: "18 mindən çox cəsədi DNT metodu ilə araşdırmışam"
"DNT bazası üzrə Ali Radada qəbul olunan qanun layihəsini mən hazırlayıb göndərmişəm. 2022-ci ildə müharibə başlayandan sonra bizim işimiz daha da artdı, məsuli...