Tramp: İranı yaxın həftələrdə sərt zərbə gözləyir

Tramp: İranı yaxın həftələrdə sərt zərbə gözləyir
Dünya 54

ABŞ prezidenti Donald Trump İranla bağlı sərt açıqlamalar verib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, o, Ağ Evdə xalqa müraciəti zamanı bildirib ki, ABŞ-ın İrandakı hərbi hədəflərinin böyük hissəsi artıq tamamlanmaq üzrədir və yaxın 2-3 həftə ərzində Tehrana qarşı ciddi zərbə endiriləcək.

Tramp qeyd edib ki, "epik qəzəb əməliyyatı" çərçivəsində müəyyən olunan əsas hədəflərin əksəriyyətinə nail olunub və əməliyyatın yekun mərhələsinə yaxınlaşılır. Onun sözlərinə görə, əgər bu müddət ərzində razılaşma əldə olunmasa, İranın elektrik stansiyalarına zərbələr endirilə bilər.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqtonun məqsədi rəsmi olaraq rejim dəyişikliyi olmasa da, bəzi yüksək vəzifəli şəxslərin zərərsizləşdirilməsi faktiki olaraq bu istiqamətdə nəticələr doğurub.

Tramp həmçinin bildirib ki, ABŞ Hörmüz boğazından keçən neftə ehtiyac duymur və bu marşrutdan istifadə edən ölkələr onun təhlükəsizliyinə cavabdeh olmalıdır. O, NATO ölkələrini boğaza nəzarəti ələ almağa çağırıb.

ABŞ lideri regionda İsrail, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Küveyt və Bəhreynə dəstəyə görə təşəkkür edib və əməkdaşlığın davam edəcəyini vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İlon Mask tarixdə ilk trilyonçu oldu

İlon Mask tarixdə ilk trilyonçu oldu

Amerikalı iş adamı İlon Mask "SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) nəticəsində tarixdə sərvəti 1 trilyon dollar həddini keçən ilk...

79 Dünya 09:21 12 iyun 2026

Son xəbərlər