Tramp daha bir amerikalının azadlığa buraxılacağını elan etdi
ABŞ prezidenti Donald Tramp fevralın 12-də Rusiyada həbsdən azad edilən Mark Foqeldən sonra daha bir amerikalının sərbəst buraxılacağını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Tramp Foqeli Ağ Evdə qəbul edərkən bildirib. Tədbirin yayımı YouTube platformasında mövcuddur.
"Çərşənbə günü daha bir nəfər azad ediləcək, siz bu barədə eşidəcəksiniz", – deyə Tramp bəyan edib.
Fevralın 11-də ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvada olub. O, Rusiyada məhkum edilmiş amerikalının geri qaytarılması ilə bağlı danışıqlar aparıb.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib ki, Uitkoff Rusiya hava məkanını Mark Foqellə birlikdə tərk edib.
Oxşar xəbərlər
İsrail ordusu İranda 50 hədəfin vurulduğunu açıqlayıb
İsrail Müdafiə Ordusu son 24 saat ərzində İranda 50 hədəfə zərbələr endirildiyini bəyan edib. BAKU.WS xəbər verir ki, məlumatı İsrail ordusu sosial şəbəkələrdə...