Toy fotolarını 57 il sonra tapdılar

Toy fotolarını 57 il sonra tapdılar
Foto
Dünya 111

Avstraliyada yaşayan Aileen Turnbull və Bill Turnbull cütlüyü toy şəkilini 57 il sonra tapıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, onların Şotlandiyadakı toylarında itən foto illər sonra bir təsadüf nəticəsində tapılıb.

77 yaşlı Aileen əri ilə olan toy şəkilini feysbukda yerli avstraliyalılar üçün yaradılan qrupda görüb və gözlərinə inana bilmir.

Bu qrup avstraliyalı terri Çeyn tərəfindən yaradılıb.

"Bu toy şəkli çıxdı. Ərim yanımda otururdu, ona dedim ki, "Bu bizim toy şəklimizdir" - deyə qadın bildirib.

1967-ci ildə ailə quran Aileen Turnbull və Bill Turnbullun toy fotoları çəkən aparat Çeynin əmisinin olub və foto həmin vaxtdan bəri aparatda qalıb.

Onlar 1981-ci ildə Avstraliya köçüblər və fotonun həmişəlik itidiyini zənn ediblər. Cütlük tez zamanda Çeynlə tanış olmaq istəyir.

Son xəbərlər