"Titanik"də həyatını itirən cütlüyün saatı rekord qiymətə satılıb
Aysberqə çırpılaraq batan "Titanik" gəmisində faciəvi şəkildə ölən cütlüyə - İsidora və İda Ştrauslara məxsus qol saatı rekord məbləğə satılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, "Henry Aldridge and Son" auksion evinin keçirdiyi hərracda saat 2,33 milyon dollara alıcı tapıb.
Ştraus cütlüyünün son anları haqqında hekayə Ceyms Kemeronun məşhur "Titanik" filmində də əksini tapıb. Filmdə onların su ilə dolan kayutada yanaşı oturduqları təsvir edilir və bu səhnə illərdir faciənin ən təsirli anlarından biri kimi xatırlanır.
Bu satış qiyməti "Titanik"ə aid şəxsi əşyalar arasında ən yüksək hərrac göstəricilərindən biri hesab olunur.
Oxşar xəbərlər
Donald Tramp son iki ayda 1,1 milyard dollar itirib
ABŞ Prezidenti Donald Trampın şəxsi sərvətində ciddi azalma qeydə alınıb. BAKU.WS "Forbes" jurnalına istinadən xəbər verir ki,, sentyabr ayından bəri Trampın v...