"The Times": Böyük Britaniyada vəsaitə qənaət üçün irimiqyaslı hərbi təlimlər ləğv edilir
Böyük Britaniya hərbçilərinə vəsaitə qənaət etmək məqsədilə 90-dan çox hərbi qulluqçunun iştirakı ilə planlaşdırılan bütün təlimləri ləğv etmək əmri verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə yüksəkrütbəli hərbi mənbə bildirib.
Onun məlumatına görə, məhdudiyyətlər təxminən 30 milyon funt sterlinq (40,6 milyon dollar) qənaət etməyə imkan verəcək.
Qəzetin yazdığına görə, irimiqyaslı ordu təlimləri, o cümlədən Uelsdə "Challenger 2" tanklarının və "Apache" zərbə helikopterlərinin iştirakı ilə altı həftəlik döyüş atışları ləğv edilib.
"The Times" indiki vəziyyəti neft böhranı fonunda Britaniya Silahlı Qüvvələrinə yanacaq xərclərini 10 % azaltmaq barədə göstəriş verildiyi 1973-cü illə müqayisə edib. Nəşrin qiymətləndirməsinə görə, hazırkı məhdudiyyətlər daha ciddidir.
Oxşar xəbərlər
Vens: ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır
Venesuela ilə razılaşmadan sonra ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin Vitse...