The Telegraph: Britaniya hərbçiləri "görünməz geyim" əldə ediblər

The Telegraph: Britaniya hərbçiləri görünməz geyim əldə ediblər
Dünya 71

Böyük Britaniyanın Kral Dəniz Piyadaları bədən istiliyini maskalayan və döyüşçüləri termal kameralar və kəşfiyyat dronları üçün demək olar ki, görünməz edən xüsusi kamuflyaj geyimləri ilə təchiz olunublar.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə "The Telegraph" yazıb.

Məlumata görə, yeni avadanlıq "Harry Potter-in görünməzlik plaşı" ilə müqayisə olunur. İsveç istehsalçısı Saab tərəfindən hazırlanmış Saab Barracuda Soldier texnologiyası əsgərin istilik şüalanmasını yayaraq, həm gündüz, həm də gecə ətraf mühitlə qarışmasına imkan verir. Geyimlər iki tərəflidir və ərazinin şəraitinə uyğunlaşa bilir.

45-ci Commando polkunun serjantı Karl Smit bunu belə izah edib:

"Bu, istifadəçini istilik görüntülərindən, xüsusilə kiçik PUA-lardan qoruyur, əslində, yeni geyim hərbçilər üçün görünməzlik plaşıdır."

Hərbçilərin sözlərinə görə, yeni plaşların alınması qərarı Ukraynada müharibənin göstərdiyi təhdidlərin təhlilindən sonra qəbul edilib. Termal kameralı dronlar açıq ərazilərdə piyada bölmələrini dəfələrlə məhv edib.

"Əgər sizi görmürlərsə – sizi vurmaq mümkün deyil," – deyə Smit vurğulayıb.

Oxşar xəbərlər

OPEC+ neft hasilatını artıracaq

OPEC+ neft hasilatını artıracaq

Səkkiz aparıcı OPEC+ ölkəsi əlverişli bazar şəraitinə görə neft hasilatını sutkada 137 min barel artırmaq qərarına gəliblər. BAKU.WS xəbər verir ki, bu barədə T...

7 Dünya 23:53 07 sentyabr 2025

Son xəbərlər