Təyyarədə sərnişinləri söyüb, ətrafı bir-birinə vuran sərxoş aktyor cəzalandırıldı

"Sled" və "Papiny dochki" seriallarında oynayan rusiyalı aktyor Yevgeni Volovenko Moskva-Xabarovsk reysində narahatlıq yaratdığına görə 90 min rubl (təxminən 1488 manat) cərimələnib.
BAKU.WS xəbər verir ki, bu barədə çərşənbə axşamı, yanvarın 14-də Xabarovskın Jeleznodorojni rayon məhkəməsində məlumat verilib.
Hadisə ötən il sentyabrın ortalarında baş verib. Sərxoş vəziyyətdə olan Volovenko "cəmiyyətdən, eləcə də təyyarədəki sərnişinlərdən biri üzərində xəyali üstünlüyünü" nümayiş etdirib.
Bundan əlavə, aktyor daim xüsusi düyməni basaraq stüardessa çağırmağa çalışıb. Uçuş zamanı Volovenko nəzarətsiz şəkildə söyüş söyüb, sərnişinin üzünə vurmağa cəhd edib, məqsədsiz şəkildə təyyarənin salonunda gəzib və təcili çıxış qapısını açmağa çalışıb.
Stüardessalar itaətsiz sərnişini sakitləşdirməyə çalışsalar da, buna nail olmaq mümkenləşməyib. Təyyarə Xabarovsk hava limanına endikdən sonra aktyor nəqliyyat polisinə təhvil verilib.
Oxşar xəbərlər
Türkiyədə meşə yanğınlarında 10 nəfər həyatını itirdi
Türkiyənin Eskişehir şəhərinin Seyitgazi rayonunda baş verən meşə yanğını faciə ilə nəticələnib. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı...