Təyyarədə "canlı bomba" zarafatı edən şəxsə həbs cəzası verildi
AJet şirkətinə məxsus İstanbul Sabiha Gökçen–Şanlıurfa reysi zamanı baş verən insident məhkəmə ilə nəticələnib.
BAKU.WS xəbər verir ki, məlumata görə, 9 fevral 2026-cı ildə uçuşa hazırlaşan təyyarədə sərnişinlərdən biri yanında olan bacısını kabin heyətinə göstərərək "canlı bomba" ifadəsini işlədib. Bu açıqlama təhlükəsizlik prosedurlarının dərhal işə salınmasına səbəb olub.
Hadisə nəticəsində sərnişinlər təxliyə edilib, təyyarədə geniş yoxlama aparılıb. Hər hansı təhlükəli predmet aşkarlanmasa da, reys təxminən 3 saat gecikib və çox sayda sərnişin zərər görüb.
Polis tərəfindən saxlanılan şəxslər ifadələrində bunun zarafat olduğunu bildiriblər. Onlar barəsində ilkin olaraq sərbəst buraxılma qərarı verilsə də, hava yolu şirkəti tərəfindən bir il müddətinə "qara siyahı"ya salınıblar.
Məhkəmə isə hadisəni nəqliyyat təhlükəsizliyinə təhdid kimi qiymətləndirərək təqsirləndirilən şəxsə 4 il 2 ay azadlıqdan məhrumetmə cəzası verib. Qərar qüvvəyə minəcəyi təqdirdə, həmin şəxsin cəzasını çəkməsi gözlənilir.
Bundan əlavə, aviaşirkətin yaranmış zərərə görə təqsirləndirilən şəxsə qarşı maddi təzminat iddiası qaldırmağa hazırlaşdığı bildirilir.
Oxşar xəbərlər
Afrikadan gələn toz Giritdə səmanı qırmızıya boyadı
Yunanıstanın Girit adası Afrikadan əsən güclü küləklərin gətirdiyi toz fırtınasının təsiri altına düşüb. BAKU.WS xəbər verir ki, cənub istiqamətindən əsən güclü...