Texasda təyyarə qəzası: idman komandasının bütün üzvləri həlak oldu

Texasda təyyarə qəzası: idman komandasının bütün üzvləri həlak oldu
Dünya 59

ABŞ-nin Texas ştatında baş verən təyyarə qəzası nəticəsində piklbol komandasının bütün üzvləri həyatını itirib.

Məlumata görə, "Amarillo" klubunun oyunçuları Nyu-Braunfels şəhərində keçiriləcək turnirə yollanırmış. Qəza Vimberley ərazisində baş verib.

Bildirilir ki, hadisədən az əvvəl hava hərəkəti dispetçeri təyyarənin qeyri-adi manevrlər etdiyini müşahidə edib. Qısa müddət sonra hava gəmisi radardan itib.

İlkin məlumatlara əsasən, qəza zamanı bölgədə hava şəraiti əlverişsiz olub, buludluluq və ildırım müşahidə edilib.

Hadisə nəticəsində pilot və dörd sərnişin ölüb. Fakt üzrə araşdırma aparılır.

Qəza ilə əlaqədar komandanın qatılacağı turnir ləğv olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər