Tehranda neft anbarları vuruldu: Alov küçələrə yayıldı
İranın paytaxtı Tehran şəhərində ABŞ və İsrailin hücumları nəticəsində neft anbarlarında güclü partlayışlar baş verib.
BAKU.WS xəbər verir ki, partlayışlardan sonra anbarlardan yüksələn alovların şəhərin müxtəlif nöqtələrindən görünüb.
Yayılan görüntülərdə yanan anbarlardan qalxan alovun geniş əraziyə yayıldığı müşahidə edilib. Sosial şəbəkələrdə paylaşılan kadrlarda Şəhran neft anbarı ətrafında sızan yanacağın yol boyunca yanaraq alovlandığı da əks olunub.
Məlumata görə, şəhərin şimal-qərbində yerləşən Cənnət Abad rayonunun Kulsar küçəsi istiqamətində alovların yayılması nəqliyyatın hərəkətinə də təsir göstərib.
Oxşar xəbərlər
ABŞ zənginləşdirilmiş uran ələ keçirmək üçün İrana xüsusi təyinatlılar göndərə bilər
ABŞ və İsrail İrana məxsus zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün ölkə ərazisinə xüsusi təyinatlı dəstələrin göndərilməsi imkanını nəzərdən keçi...