Tbilisidə silah-sursat anbarı aşkarlanıb: Prezident sarayına hücum planı ifşa olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) paytaxt Tbilisidə aparılan xüsusi əməliyyat zamanı külli miqdarda odlu silah, sursat və detonatorla təchiz olunmuş partlayıcı maddələr aşkarlayıb.
BAKU.WS xəbər verir ki, bu silah-sursat Ukraynada fəaliyyət göstərən hərbi hissələrdən birinin gürcü nümayəndəsinin göstərişi ilə Gürcüstan vətəndaşı B.Ç. tərəfindən əldə edilib.
İstintaq materiallarına əsasən, aşkarlanan silah və partlayıcıların oktyabrın 4-də Tbilisidə zorakı diversiya aktları zamanı, o cümlədən Prezident sarayına hücum cəhdində istifadə olunması planlaşdırılıb.
Əməliyyat zamanı silah-sursatları paytaxta çatdırmalı olan şəxslər saxlanılıb. DTX əməkdaşları gizli saxlanc yerini Tbilisi ətrafındakı meşəlikdə aşkar ediblər.
Qurumun açıqlamasında o da qeyd olunur ki, B.Ç-nin tapşırığı ilə detonator pultunu hazırlayan şəxs də müəyyən edilərək saxlanılıb. Hazırda onun barəsində istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...