Tbilisidə mitinqlər zamanı kameraları sıradan çıxaran şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən mitinq zamanı baş verən iğtişaşlarla əlaqədar 26 yaşlı şəxs saxlanılıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
İlkin araşdırmalar göstərib ki, saxlanılan şəxs 4 dekabrda Rustaveli prospektində keçirilən etiraz aksiyasında iştirak edərkən həmfikirləri ilə birlikdə yeddi videomüşahidə kamerasını qəsdən zədələyib.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsi üzrə "Qrup halında əmlakın qəsdən zədələnməsi və ya məhv edilməsi" maddəsi ilə cinayət işi başlanıb. Bu maddəyə əsasən, təqsirli şəxs üç ildən altı ilədək həbs cəzası ilə üzləşə bilər.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...