Tbilisi polisi etiraz aksiyalarına görə parlamentə gedən küçələri bağlayıb
Tbilisidə polis parlamentə gedən küçələri bağlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Parlament binasının hər iki tərəfində və arxasındakı parkda nazirlik əməkdaşları, o cümlədən xüsusi təyinatlı qüvvələr yerləşdirilib. Hazırda parlament binasına media nümayəndələrinin daxil olmasına icazə verilmir.
Parlament seçkilərinin nəticələrinə əsasən formalaşan XI çağırış parlamentinin ilk iclası bazar ertəsi yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 11:00) keçirilməlidir. Bu iclasda spiker, vitse-spikerlər və qanunverici orqanın komitə sədrləri seçiləcək.
Seçki nəticələrinə etiraz edən müxalifət və onların tərəfdarları bazar günündən etibarən mitinqlər keçirirlər. Etirazçılar Rustaveli prospektində qurduqları çadırlarda gecələyiblər.
Oxşar xəbərlər
ABŞ Kubada hərbi əməliyyat keçirmək imkanını araşdırır
Vaşinqton mövcud hakimiyyəti devirmək üçün Kubada hərbi əməliyyatın keçirilməsi ehtimalını istisna etmir, lakin hələlik diplomatik vasitələrə üstünlük verir. BA...