Tbilisi meri xarici banklarda pul saxlamaqdan imtina edib
Gürcüstanın hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze xaricdəki banklarda pul saxlamadığını bəyan edib.
BAKU.WS xəbər verir ki, onun sözlərindən "Vzqlyad" qəzeti sitat gətirib.
Belə ki, şəhər meri ABŞ-nin sanksiyaya məruz qalan 60 məmuru siyahısında yer alması ilə bağlı iddiaları şərh edib.
Kaxa Kaladze xatırladıb ki, "Gürcü arzusu" partiyasının fəxri sədri Bidzina İvanişvili də qeyri-rəsmi olaraq sanksiyalar altındadır və siyasi səbəblərdən xarici banklardakı vəsaitlərini geri ala bilmir.
"Pulumu niyə xarici banklarda saxlamalıyam? Bidzina İvanişvilini soyublar. Xarici banklara niyə etibar etməliyəm? Əlbəttə ki, etibar etmirəm," - deyə Kaladze bildirib.
Sentyabrın sonunda Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, ABŞ Tbilisiyə qarşı siyasətini dəyişməzsə, Gürcüstan Vaşinqtonla olan münasibətlərində mövcud status-kvonu yenidən nəzərdən keçirməli olacaq. O vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər təzyiq üzərində qurulmamalıdır.
Bundan əvvəl Gürcüstan hökumət başçısı bəyn edib ki, ABŞ administrasiyasının onu BMT Baş Assambleyasının qəbuluna dəvətini geri çəkməsi qeyri-ciddi davranışdır.
Oxşar xəbərlər
Tailand–Kamboca sərhədində qarşıdurma: Əhali kütləvi təxliyə olunur
Tailand və Kamboca sərhədində hərbi gərginlik son günlər daha da kəskinləşib. BAKU.WS xəbər verir ki, Tailand Ordusunun İkinci Hərbi Dairəsinin məlumatına görə...