Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub
Tayvanda "Konq Rey" qasırğasının yaxınlaşması səbəbindən azı 506 aviareys ləğv edilib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Tayvanın təbii fəlakətlərin aradan qaldırılması üzrə qərargahı məlumat yayıb. Bundan başqa, təbii fəlakət səbəbindən 11 marşrut üzrə 139 bərə reysi ləğv olunub.
Meteoroloqlar "Konq Rey" qasırğasının yaxın bir neçə saat ərzində Tayvanın şərq sahillərinə çatacağı barədə xəbərdarlıq ediblər. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 63 metrə çatır.
Tayvanın hakimiyyət orqanları ada ərazisində qasırğa xəbərdarlığı və oktyabrın 31-ni qeyri-iş günü elan edib. Ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində dərslər ləğv olunub, təcili yardım xidmətləri isə gücləndirilmiş iş rejiminə keçirilib.
Qeyd edək ki, "Konq Rey" qasırğası oktyabrın 25-də Sakit okeanın qərbində, Filippin yaxınlığında formalaşıb.
Oxşar xəbərlər
Can Yaman İspaniyada "Ən yaxşı aktyor" oldu
Artıq bir neçə ildir karyerasına İtaliyada davam edən aktyor Can Yaman mükafata layiq görülüb. BAKU.WS xəbər verir ki, o İspaniya yollanıb və orada "2. South İ...