Tayland sahillərində qəzaya uğrayan təyyarənin fotosu yayıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Tayland sahillərində yüngülmotorlu sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
BAKU.WS xəbər verir ki, Telegram kanalında paylaşılan fotolarda təyyarənin dənizə düşdüyü və füzelyajının iki yerə ayrıldığı görünür.
Şahidlərin çəkdiyi kadrlarda təyyarənin dənizə çox yaxın bir sahildə, Ça-Am çimərliyindən cəmi 100 metr aralıda qəzaya uğradığı əks olunub. Fotolardan birində xilasedicilərin əməliyyata başladığı anlar da yer alıb.
Hadisə cümə günü səhər saatlarında baş verib. Yerli KİV-lərin məlumatına görə, xilasedicilər sudan 5 nəfərin meyitini çıxarıb, bir nəfərin isə sağ tapıldığı bildirilib.
Təyyarədə ümumilikdə neçə nəfərin olduğu hələ dəqiqləşdirilməyib. Axtarış-xilasetmə işləri davam edir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...