Tatarıstan sakini astroloqa qulaq asdı, 50 milyon rubl qazandı
Tatarıstan sakini Oleq B. astrologun maliyyə uğuru barədə proqnozunu televiziyada eşidəndən sonra lotereyada 50 milyon rubl qazanıb.
Bu barədə BAKU.WS "Stoloto"ya istinadən məlumat verir.
Məlumata görə, Kazan sakini Oleq B. bileti 500 rubla alıb. "Çox böyük şans gəldi. 50 milyon rubl(1,063,733.64 manat) qazandı", - deyə "Stoloto"nun mətbuat xidməti bildirib.
Qalib bildirib ki, bileti almadan əvvəl televiziyada astroloq onun bürcünə maliyyə uğuru gətirəcəyini söyləyib. "Birbaşa dedilər ki, pul gəlişi olacaq. Hər şey gerçəkləşdi!" - deyə Oleq B. əlavə edib.
O, bir neçə lotereya bileti alıb. Biletləri dərhal satış nöqtəsində yoxlayıb. İlk başda qazandığı məbləği anlamayıb.
"Əvvəlcə düşündüm ki, 25 milyon qazandım. Sonra biletdə belə qazancın olmadığını dedilər. Yenidən diqqətlə yoxladım, qazancım 50 milyon rubl oldu!" – deyə Oleq B. bildirib.
O, böyük ailəsi olduğunu və qazancın necə xərclənəcəyinə birlikdə qərar verəcəklərini deyib.
Oxşar xəbərlər
İsrail KİV: Əli Laricani hava zərbəsi zamanı həlak olub
İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrail Hərbi Hava Qüvvələrinin hava zərbəsi nəticəsində həyatını itirdiyi iddia olunub. BAKU.WS İsrail KİV...