Tailandda dördüncü arvad qısqanclıqdan ərinin beşinci arvadını güllələyib

Tailandda dördüncü arvad qısqanclıqdan ərinin beşinci arvadını güllələyib
Foto
Dünya 37

Tailandda dördüncü arvad qısqanclıq zəminində ərinin beşinci arvadını güllələyib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Thaiger" məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 15-də ölkənin cənubundakı Nakhon Si Thammarat əyalətindəki plantasiyalardan birində baş verib.

Daha sonra 37 yaşlı taylandlı Thanyaporn polisə təslim olub və əri Çatçayın beşinci arvadı olan 40 yaşlı Vassananı güllələdiyini etiraf edib.

Bildirilib ki, qadınların arasında mübahisə yaranlb. Kişi dördüncü və beşinci arvadları ilə eyni evdə yaşayırmış.

Cinayətdən bir qədər əvvəl kişi Vassana ilə daha çox vaxt keçirdiyi üçün qadınlar mübahisə yaranıb. Çatçay vəziyyəti sakitləşdirmək qərarına gəlib və tapançadan yerə atəş açıb, lakin bu, arvadların davasını daha da alovlandırıb. Dava zamanı Thanyaporn silahı alıb və ərinin digər arvadını boynundan, kürəyindən və ayağından güllələyib. Həkimlər onu xilas edə bilməyiblər.

Atışmadan sonra Çatçay hadisə yerindən qaçıb, lakin ertəsi gün həbs olunub.

Qeyd edək ki, polis hələ ki, heç kimə qarşı ittiham irəli sürməyib.

Son xəbərlər