Suriya və Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Suriya və Rusiya arasında ölkə ərazisindəki Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı qarşılıqlı anlaşma memorandumu imzalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, bir il yarım davam edən danışıqlardan sonra Xmeymim və Tartusdakı Rusiya hərbi bazalarının gələcək statusu müəyyənləşdirilib.
Memoranduma əsasən, Rusiya hərbi bazaları hər iki ölkənin maraqlarına xidmət edəcək birgə hərbi hazırlıq mərkəzlərinə çevriləcək.
Suriya Xarici İşlər Nazirliyi sənədin Moskva ilə Dəməşq arasında münasibətlərdə "yeni səhifə açacağına" ümid etdiyini bildirib.
Qeyd olunub ki, Xmeymim aerodromu da daxil olmaqla bütün mülki obyektlər mərhələli şəkildə Suriya mülki administrasiyasının nəzarətinə veriləcək. Bu dəyişikliklərin üç aydan çox çəkməməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...