Suriya ordusu Rakka vilayətinə daxil olub

Suriya ordusu Rakka vilayətinə daxil olub
Dünya 62

Suriya ordusu Rakka vilayətinin Dibsi Afnan qəsəbəsini nəzarətə götürüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Suriya ordusunun Əməliyyatlar İdarəsi məlumat verib.

Bildirilib ki, Fərat çayının qərbindəki YPG/SDQ terror təşkilatının üzvlərini bölgədən çıxarmaq məqsədilə hərəkətə keçən Suriya ordusu strateji əhəmiyyətə malik Təbqə şəhəri istiqamətində irəliləyir.

Vurğulanıb ki, Suriya ordusu səhər saatlarında Hələb ətrafındakı Hümeymə kəndinə daxil olmaq üçün irəliləyib, ilk bölmələr isə Deyr Hafirdən başlayaraq Fərat çayının qərbində yerləşən ərazilərə daxil olub.

Xatırladaq ki, Suriya ordusu daha əvvəl Hələb ətrafında həyata keçirilən əməliyyatlar çərçivəsində 34 kəndin nəzarətə götürüldüyünü, 200-dən çox YPG/SDQ üzvünün silahları ilə birlikdə təhlükəsiz şəkildə keçidinə icazə verildiyini açıqlamışdı.

Son xəbərlər