Suriya DİN milyonlarla vətəndaş üçün ölkəyə giriş qadağasını ləğv edəcək
Suriya keçid hökumətinin Daxili İşlər Nazirliyi bu ilin fevralından bəri ölkəyə giriş qadağaları ilə bağlı 8 milyon işin araşdırıldığını açıqlayıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Nurəddin əl-Baba bildirib ki, yaxın aylarda milyonlarla suriyalının adının qara siyahıdan çıxarılması prosesi tamamlanacaq.
Onun sözlərinə görə, ölkəyə giriş qadağalarının bir çoxu hələ 1963-cü ildə baş vermiş çevriliş dövründənqalıb. Əl-Baba vurğulayıb ki, hazırda nazirlik siyahıya siyasi səbəblərlə düşmüş, lakin cinayət törətməyən şəxsləri müəyyən edərək qadağaları ləğv edir.
Bununla yanaşı, o qeyd edib ki, təxminən 1 milyon suriyalı hələ də ölkəyə daxil olmaqdan məhrumdur - onlar keçmiş hakimiyyət strukturları ilə əlaqəli hesab edilən şəxslərdir.
Xatırladaq ki, 2024-cü ilin noyabrının sonunda müxalif silahlı qruplar Suriya ordusuna qarşı genişmiqyaslı hücuma başlayıb. 8 dekabrda Dəməşq onların nəzarətinə keçib, prezident Bəşər Əsəd isə ölkəni tərk edib. Hazırda Suriya faktiki olaraq Əhməd əş-Şəraa tərəfindən idarə olunur. O, 29 yanvar 2025-ci ildə özünü keçid dövrü üçün icraedici prezident elan edib və bu mərhələnin 4–5 il davam edəcəyini bildirib.
Oxşar xəbərlər
ABŞ Dünya Kubokunda iranlı azarkeşlərin iştirakına mane olur - İran Futbol Federasiyası
İran Futbol Federasiyası ABŞ-ni 23-cü Dünya Kuboku çərçivəsində İranlı azarkeşlərin iştirakını əngəlləməkdə ittiham edib. BAKU.WS xəbər verir ki, federasiya bil...