Süni intellektin əvəzləyə bilməyəcəyi peşələrin adları açıqlanıb
Süni intellekt (AI) rəssamları, yazıçıları və dizaynerləri tamamilə əvəz edə bilməz, lakin onların dəyərli köməkçisi ola bilər. Cənubi Avstraliya Universitetinin alimləri belə nəticəyə gəliblər.
BAKU.WS xəbər verir ki, tədqiqat Creativity Research Journal (CRJ) jurnalında dərc olunub.
Tədqiqatçılar süni intellektin insanları yaradıcı işlərdən "yerindən edəcəyi" ilə bağlı narahatlıqları rədd etdilər. Tədqiqatın aparıcı müəllifi, professor Devid Kropli izah edib ki, süni intellektin rolu bədii ilhamı həyata keçirməkdənsə, rutin və proqnozlaşdırıla bilən tapşırıqları avtomatlaşdırmaqdır.
O, Mona Liza üslubunda smartfonla cansıxıcı qadın obrazını yaradan DALL-E 2 çat-botunu misal çəkib. Kropliyə görə, süni intellekt heç bir təxəyyül göstərmir, sadəcə insanın tələbini yerinə yetiririr.
Bir digər tədqiqatçı isə bildirib ki, illər əvvəl çoxları süni intellektin yaradıcı düşünməyə qadir olduğuna inanırdılar. Ancaq bu gün elmi yanaşma daha balanslı bir anlayış nümayiş etdirir: süni intellekt yaradıcıların işini sürətləndirə bilər, lakin əsl ilham və orijinal ideyalar yenə də insanlara məxsusdur.
Oxşar xəbərlər
Qonşu ölkədə virus təhlükəsi - 60-a yaxın sinif karantinə göndərilib
Rusiyanın Sankt-Peterburq şəhərində məktəblilər arasında xəstəliklərin əhəmiyyətli artımı qeydə alınıb. BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu b...